İran İraq və İordaniyada ABŞ-ın hərbi bazalarına zərbələr endirib
İran İraq və İordaniyada ABŞ-ın hərbi bazalarına zərbələr endirib. Məlumatı İordaniya Silahlı Qüvvələri yayıb.
İordaniya Silahlı Qüvvələrinin məlumatına görə, ölkənin hava hücumundan müdafiə sistemləri 13 ballistik raket aşkarlayıb. Onlardan 10-u zərərsizləşdirilib, 3-ü isə təhlükəsiz ərazilərə düşüb.
Qurumun məlumatına görə, İranın hücumu nəticəsində İordaniyada xəsarət alan olmayıb.
Bununla yanaşı, İran Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, ABŞ-ın hücumu nəticəsində ölkənin cənubundakı Sirik şəhərində 4 nəfər, o cümlədən bir uşaq həlak olub. 50-dən çox insan yaralanıb. Hadisə toy mərasimi zamanı baş verib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Tim Hokins isə “BBC”yə açıqlamasında yayılan məlumatı yalan adlandırıb və bildirib ki, “ABŞ hərbçiləri heç vaxt dinc əhaliyə hücum etmir”.