İran İordaniyada ABŞ hərbi bazasına hücum edib
İran İordaniyada ABŞ-ın hərbi bazasına hücum edib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına görə, İordaniyada, Əl-Əzraq yaxınlığında yerləşən bazaya ABŞ tərəfindən İran tankerlərinə hücum edilməsinə cavab olaraq ballistik raketlərlə hücum edilib.
Bununla yanaşı, İran Hörmüz boğazında 10 gəmiyə də zərbə endirdiyini açıqlayıb.
İranda bildirirlər ki, raket zərbəsi bazaya əhəmiyyətli ziyan vurub. Lakin İordaniya hakimiyyətinin məlumatına görə, ölkənin hava hücumundan müdafiə sistemləri İran tərəfindən buraxılan 20 raketdən 18-ni məhv edib, ikisi isə yaşayış olmayan əraziyə düşüb.
İordaniyanın məlumatına görə, hücum nəticəsində itki olmayıb. ABŞ-ın rəsmi nümayəndəsi də İranın zərbəsinin səmərəsiz olduğunu və bütün amerikalı hərbçilərin təhlükəsiz vəziyyətdə olduğunu bildirib.