“İran İnqilabı Keşikçiləri Qvardiyası”nın sözçüsü – Hörmüz boğazının altından dünya əhəmiyyətli yeddi əsas kabel keçir, bilsinlər deyə düşmənə bunu xatırladırıq

13:25, 20.10.2026

 

“İran İnqilabı Keşikçiləri Qvardiyası”nın sözçüsü Hoseyn Mohebi Tehranın rəqiblərinə Hörmüz boğazındakı sualtı kabellər barədə xatırlatma edib və qeyd edib ki, ehtiyac halında, İran onları hədəfə ala bilər.

O, Hörmüz boğazından internet və kommersiya məlumat bazalarına cavabdeh olan, dünya əhəmiyyətli 7 əsas kabelin keçdiyini deyib.

“Hörmüz boğazının altından yeddi əsas kabel keçir və dünyanın bütün interneti, eləcə də kommersiya məlumat bazaları onlardan asılıdır. Bilsinlər deyə biz bunu düşmənə xatırladırıq” – bazar ertəsi Hoseyn Mohebi açıqlayıb.

Ondan əvvəl isə İranın təhlükəsizlik rəhbəri Mohsen Rezai bildirmişdi ki, Birləşmiş Ştatlar və İsrail hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə Tehran Fars körfəzindəki məlumat mərkəzlərinə, sualtı internet kabellərinə və süni intellekt obyektlərinə zərbə endirəcək.

O, Tehranın yenilənmiş münaqişəyə hazır olduğunu və Yaxın Şərqdə kritik texnoloji infrastrukturu hədəfə ala biləcəyini açıqlayıb.

“Düşmənin İrana qarşı etdiyi hər bir yanlış hesablaşma onlar üçün ağır məğlubiyyətlə başa çatıb; bir sonrakı səhv yeni cəbhələr və daha böyük sürprizlər gətirəcək” – Rezai açıqlayıb.

Oxşar