İran İnqilab Keşikçiləri Qvardiyasının yüksək rütbəli rəsmisi: İranın tələbləri yerinə yetirilməyənədək Hörmüz boğazı bağlı qalacaq
Hörmüz boğazı İranın tələbləri yerinə yetirilənədək bağlı qalacaq. Bunu İran İnqilab Keşikçiləri Qvardiyasının yüksək rütbəli nümayəndəsi Məhəmməd Rza Naqdi bildirib.
Naqdi həmçinin qeyd edib ki, İran qüvvələri boğazdan İranın icazəsi olmadan keçməyə cəhd edən gəmilərin qarşısını almağa davam edəcək.
“Hörmüz boğazı bağlıdır və silahlı qüvvələr onun üzərində tam nəzarətə malikdir. Bu vəziyyət İranın qanuni tələbləri yerinə yetirilənədək davam edəcək”, – deyə Naqdi bildirib.
Bununla yanaşı, ABŞ dövlət katibi Marko Rubio bir neçə saat əvvəl bildirib ki, boğaz açıqdır və neft axını demək olar ki, müharibədən əvvəlki səviyyəyə qayıdıb.