“İran İnqilab Keşikçiləri Korpusunun” dəniz qüvvələri Fars körfəzində təlimlərə başlayıblar

16:30, 16.02.2026

“İran İnqilab Keşikçiləri Korpusunun” dəniz qüvvələri Fars körfəzində dəniz təlimlərinə başlayıblar.

Təlimlərin adı “Hörmüz boğazının məqsədəuyğun nəzarəti”dir və general-mayor Mohamad Pakpurun nəzarəti altında keçirilir.

Təlim çərçivəsində təhlükələrə cavab olaraq hərbi əməliyyat ssenariləri hazırlanır.

İran mediasının məlumatına görə, təlimlərin məqsədi dəniz əməliyyat bölmələrinin hazırlıq səviyyəsini qiymətləndirməkdir.

Oxşar