“İran İnqilab Keşikçiləri Korpusu“nda bəyan edirlər ki, Yaxın Şərqdə 50 000 amerikalı əsgər 10 hərbi bazada İranın təsir dairəsində yerləşir
Yaxın Şərqdə 50 000 amerikalı əsgər 10 hərbi bazada İranın təsir dairəsində yerləşir – bu haqda “İran İnqilab Keşikçiləri Korpusu”nun Aerokosmik Şöbəsinin rəhbəri, briqada generalı Amir Ali Hacızade bildirib
“Bu o deməkdir ki, onlar şüşə evdə otururlar və insan şüşə evdə oturduqda, başqalarına daş atmaz” – İranlı yüksək rütbəli hərbi şəxs qeyd edib.
Bu bəyanat İran tərəfindən ABŞ Prezidenti Donald Trampın İranın nüvə razılaşmasından imtina edəcəyi təqdirdə, ölkəni bombardman edəcəyini deməsindən sonra verilib.