"İran İnqilab Keşikçiləri Korpusu" - Donald Tramp təhdidini yerinə yetirib İran ərazisinə qarşı genişmiqyaslı bombardmana başlasa, yanacaq təchizatı illərlə kəsiləcək
İran, Donald Tramp təhdidini yerinə yetirib İran ərazisinə qarşı genişmiqyaslı bombardmana başlasa, yanacaq tədarükünün “illərlə” kəsiləcəyi ilə təhdid edir.
Yayılmış məlumata əsasən, “İran İnqilab Keşikçiləri Korpusu” ABŞ və müttəfiqlərinə ABŞ Prezidentinin elektrik stansiyalarına və körpülərə hücum etməklə bağlı təhdidini yerinə yetirəcəyi təqdirdə regionun neft və qaza çıxışının illərlə kəsilə biləcəyi barədə xəbərdarlıq edir.
Həmçinin, iranlı hərbçilər Fars körfəzinin ərəb dövlətlərini təhdid edirlər.
“Biz böyük təmkin nümayiş etdirdik və cavab hədəflərini seçərkən bütün halları nəzərə aldıq, lakin bundan sonra bütün bu mülahizələr aradan qaldırılıb” – bəyanatda deyilir.