İran iki həftəlik atəşkəsə razılaşdı — “Bu, müharibənin bitməsi demək deyil, əllərimiz hələ də tətikdədir və düşmənin ən kiçik səhvinə belə tam güclə cavab verəcəyik”
İran iki həftəlik atəşkəsə razılaşdı — bu barədə məlumatı İranın Ali Milli Təhlükəsizlik Şurası yayıb.
Eyni zamanda, İranda bildirirlər ki, atəşkəsə razılaşma müharibənin başa çatması demək deyil.
“Xüsusilə vurğulanır ki, bu, müharibənin bitməsi demək deyil. Əllərimiz hələ də tətikdədir və düşmən tərəfindən ən kiçik səhvə belə tam güclə cavab verəcəyik”, — deyə İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında qeyd olunur.
Bununla yanaşı, bəyanatda bildirilir ki, cümə günündən etibarən İran İslamabadda ABŞ ilə danışıqlara başlayacaq.