İran hərbçiləri ABŞ-la əlaqəli gəmiyə raket hücumu etdiklərini bəyan edirlər
İran hərbçiləri ABŞ-la əlaqəli gəmiyə raket hücumu etdiklərini bəyan edirlər.
İran mediasının məlumatına əsasən, Oman dənizində “MSC Sariska” gəmisinə edilən hücum ABŞ-nin eyni bölgədə İranın “Lian Star” gəmisinə həyata keçirdiyi hərbi hücuma cavab əməliyyatı olub.
“İran İslam İnqilabı Keşikçiləri Korpusu”nun yaydığı məlumata əsasən, ABŞ ilə əlaqəli gəmiyə qarşı qanadlı raketdən istifadə ediblər. “İslam İnqilabı Keşikçiləri Korpusu”nun Dəniz Qüvvələri həmçinin bəyan edib ki, ABŞ qüvvələrinin regionda istənilən növbəti təcavüzünə qətiyyətli cavab veriləcək.