İran Fars körfəzində xarici neft tankerini ələ keçirib
İran Fars körfəzində xarici neft tankerini ələ keçirib

 

İran Fars körfəzində xarici neft tankerini ələ keçirib. İran mediasına əsasən, ələ keçirilən gəminin göyərtəsində olan 17 nəfər saxlanılıb.

Yayılan məlumata əsasən, gəmi ilə iki milyon litrdən çox qaçaq dizel yanacağı daşıyırlarmış.

Yanacaq daşıyan gəmini İranın eksklüziv sularında Cask limanı yaxınlığında saxlayıblar.

Əməliyyatda İranın sərhəd polisi və hərbi-dəniz qüvvələri iştirak edirdi.

Mütəxəssislər ələ keçirilən yanacağın dəyərini 759 milyard İran rialı (təxminən 18 milyon dollar) olaraq qiymətləndiriblər.