İran Fars körfəzində ABŞ-ın hərbi bazalarına pilotsuz uçuş aparatları ilə hücum edib
İran Fars körfəzində ABŞ-ın hərbi bazalarına dronlarla hücum edib. Bu barədə İranın dövlət informasiya agentliyi Fars ölkə rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, İran Silahlı Qüvvələrinin hədəfi Bəhreynin cənubunda yerləşən İsa Hərbi Hava Bazası, eləcə də İordaniyanın mərkəzi-şərq hissəsində yerləşən Muwaffaq Salti Hərbi Hava Bazası olub.
İran hərbçilərinin açıqlamasına əsasən, Bəhreyndə yanacaq çənləri, hərbi texnika anbarları və hərbçilərin yaşayış məntəqələri bombardman edilib.
Xatırladaq ki, ötən gecə ABŞ İran ərazisinə növbəti dəfə zərbələr endirib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, əməliyyatların məqsədi Tehranın hərbi imkanlarını zəiflətmək, həmçinin İranın dənizçilərə və kommersiya gəmilərinə qarşı hücumlarının qarşısını almaqdır.