İran Dubayın sahili yaxınlığında tam yüklü neft tankerinə hücum edib
İran Dubayın sahili yaxınlığında tam yüklü neft tankerinə hücum edib

 

İran çərşənbə axşamı səhər saatlarında Dubayın sahili yaxınlığında tam yüklü neft tankerinə hücum edib. “Reuters”in məlumatına əsasən, hücum nəticəsində tankerdə yanğın baş verib

Bununla yanaşı, medianın məlumatına əsasən, hücumun hədəfi Küveyt bayrağı altında üzən “Al-Salmi” ticarət gəmisi olub.

Gəminin sahibi “Kuwait Petroleum Corp” şirkətində hücumun yanğına və gəminin gövdəsində ziyana səbəb olduğunu bəyan ediblər.

Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyəti daha sonra yanğını vaxtında söndürə bildiklərini bəyan edib. Neftin sızması və ya ekipaj üzvlərinin xəsarət alması barədə məlumat yayılmır.

“Reuters”in yazdığı kimi, ABŞ Prezidenti Donald Trampın Tehrana İran Hörmüz boğazını açmasa, onun elektrik stansiyalarını və neft quyularını məhv edəcəyi barədə xəbərdarlıq etməsindən sonra İran tankerə hücum edib.