İran daha 61 Amerikalıya qarşı, o cümlədə ABŞ-ın keçmiş dövlət katibi, Mayk Pompeoya qarşı sanksiyalar tədbiq etdi
İran daha 61 Amerikalıya qarşı, o cümlədə ABŞ-ın keçmiş dövlət katibi, Mayk Pompeoya qarşı sanksiyalar tədbiq etdi

İran daha 61 Amerikalıya qarşı, o cümlədə ABŞ-ın keçmiş dövlət katibi, Mayk Pompeoya qarşı İran dissidentlərinə dəstəyə görə sanksiyalar tədbiq etdi. Bu barədə “Reuters” agentliyi məlumat yayır.

“Qara siyahıya” daxil edilən digər şəxslər arasında ABŞ-ın keçmiş prezidenti, Donald Trampın şəxsi vəkili, Rudi Culian və Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri, Con Bolton da var.

ABŞ vətəndaşlarına qarşı sanksiyalar rəsmi Tehran tərəfindən ABŞ prezidenti, Co Bayden Yaxın Şərqdə səfərdə olarkən elan edildi. “Reuters2 agentliyinin yazdığına görə, İranın bu addımı böyük ehtimalla simvolik xarakter daşıyır, çünki “qara siyahıya” daxil olan şəxslərin İranda tətbiq edilən sanksiyalarla dondurulması nəzərdə tutulan aktivləri çox güman ki, yoxudur.

İran hakimiyyəti bu ilin yanvarında 51, apreldə isə, daha 21 Amerikalıya qarşı sanksiya tətbiq etdi.

Hazırda İran və ABŞ arasında 2015-ci il nüvə sazişinin bərpası ilə bağlı noyabrda Vyanada başlayan və iyunda Qətərdə davam edən danışıqlar davam edir. “Reuters2 agentliyi yazır ki, danışıqlar dalana girib.

2018-ci ildə ABŞ-ın o vaxtkı prezidenti, Donald Tramp İranla nüvə sazişini ləğv və ABŞ-ın Tehrana qarşı sanksiyalarını bərpa etdi . Buna cavab olaraq İran sazişdə nəzərdə tutulan nüvə proqramı məhdudiyyətlərini pozdu.