İran Cənubi Koreyaya xəbərdarlıq edir: “Fars körfəzi və Hörmüz boğazında hərbi mövcudluq ABŞ-a birbaşa dəstək kimi qiymətləndiriləcək”

16:34, 07.09.2026

İran Cənubi Koreyaya xəbərdarlıq edib ki, Fars körfəzi və Hörmüz boğazında “istənilən əməliyyat iştirakı və ya hərbi mövcudluq ABŞ-a birbaşa dəstək kimi qiymətləndiriləcək”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bağayi bildirib ki, İran və Cənubi Koreya arasında münasibətlərin 64 ildən çox tarixi var və bu əlaqələr həmişə qarşılıqlı hörmətə əsaslanıb.

Bağayinin sözlərinə görə, İran Cənubi Koreya ilə dostluq əlaqələrini yüksək qiymətləndirir. Lakin onun izahına görə, “hazırkı vəziyyətdə, İran xalqı təcavüzkar əməllərdən özünü müdafiə etdiyi və ABŞ-ın qadınlara və uşaqlara qarşı törətdiyi hərbi cinayətlərə qətiyyətlə cavab verdiyi bir vaxtda, Fars körfəzi və Hörmüz boğazında digər tərəflərin istənilən əməliyyat iştirakı və ya hərbi mövcudluğu təcavüzkar tərəfə birbaşa dəstək kimi qiymətləndiriləcək və ciddi nəticələrə səbəb olacaq”.

“Suveren və məsuliyyətli heç bir hökumət böyük İran xalqına qarşı təcavüzkar və dəhşətli əməllərdə iştirak etmək üçün ABŞ-ın təzyiq və məcburiyyətinə boyun əyməz”, – deyə İsmayıl Bağayi bildirib.

Oxşar