İran Bolqarıstana xəbərdarlıq edir ki, ABŞ-a öz hava limanlarından istifadə etmək hüququ verməsin
İran hakimiyyəti Bolqarıstana xəbərdarlıq edir ki, ABŞ-a öz hava limanlarından istifadə etmək hüququ verməsin.
“Reuters”in yazdığı kimi, Bolqarıstan Parlamentinin deputatı Stanislav Balabanov İran hökumətinin Bolqarıstanın Vasil Levski hava limanında Amerika təyyarələrinin enişinə və yanacaq doldurulmasına etiraz etdiyi 18 mart tarixli qeydi təqdim edib.
Qeyddə İran bəyan edir ki, “beynəlxalq hüquqa uyğun olaraq suverenliyini, təhlükəsizliyini və milli maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır”.
“Bolqarıstanın üzərində hərbi əməliyyatlarda iştirak etmək üçün heç bir döyüş təyyarəsi buraxılmayacaq. Biz İran tərəfi ilə diplomatik əlaqələri saxlayırıq” – Bolqarıstanın xarici işlər nazirinin müavini Marin Raykov bildirib.
Məlumat üçün bildirək ki, İspaniya hava məkanını Amerika hərbi təyyarələri üçün bağlayıb, İtaliya Amerika təyyarələrinin Siqonella bazasına eniş etməsinə icazə verməkdən imtina edib və Fransa isə silah daşıyan Amerika və İsrail təyyarələrinin onun hava məkanından istifadə etməsini qadağan edib.