İran Beynəlxalq Dəniz Təşkilatının üzv ölkələrinə müraciət edib ki, hakimiyyətlə koordinasiya olunmaqla, Hürmüz boğazından “dost olmayan ölkələrin” gəmiləri keçə bilərlər
İran Beynəlxalq Dəniz Təşkilatının üzv ölkələrinə müraciət edib ki, hakimiyyətlə koordinasiya olunmaqla, Hürmüz boğazından “dost olmayan ölkələrin” gəmiləri keçə bilərlər

İran Beynəlxalq Dəniz Təşkilatının (IMO) üzv ölkələrinə məktub göndərib, məktubda bildirilir ki, İran hakimiyyəti ilə koordinasiya olunmaqla “dost olmayan ölkələrin gəmiləri” Hürmüz boğazından keçə bilərlər.

“Financial Times”ın məlumatına görə, Beynəlxalq Dəniz Təşkilatına göndərilən məktubda İran Xarici İşlər Nazirliyi bildirir ki, Tehran “hücumçuların və onların tərəfdarlarının Hürmüz boğazını İrana qarşı düşmən əməliyyatları davam etdirmək üçün istifadə etməməsi üçün zəruri və nisbətli tədbirlər görüb”.

Nəşrin məlumatına görə, son günlərdə İran yalnız məhdud sayda gəmiyə öz ərazisində keçməyə icazə verib.

Lloyd’s List Intelligence və vəziyyətdən xəbərdar şəxslərin bildirdiyinə görə, bəzi gəmilər təhlükəsiz keçidi təmin etmək üçün İranı 2 milyon dollar ödəyiblər.

Nəşrin yazdığına görə, ABŞ və İsrailin İran üzərinə hücumlarının başlanmasından indiyə qədər Fars körfəzində təxminən 3 200 gəmi qalır, hansılar ki, Hürmüz boğazından keçə bilmir. Münaqişənin başlanmasından bəri İran ən azı 22 gəmiyi bombardman edib.