İran ABŞ və İsrailə istənilən təcavüz aktına sürətli və qətiyyətli cavab veriləcəyinə dair xəbərdar edir

12:44, 01.04.2025

 

 

İran ABŞ Prezidenti Donald Trampın İrana hərbi zərbələr endirməklə bağlı hədəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasında rəsmi etirazını bildirib.

BMT-də İranın daimi nümayəndəsi və səfiri Amir Said İravani, Təhlükəsizlik Şurasının prezidenti Kristina Markus Lasensə və BMT-nin baş katibi Antonio Quterreşə məktubla müraciət edərək, Amerika Birləşmiş Ştatlarının İslam Respublikasına qarşı istənilən düşmənçilik hərəkətinin ağır nəticələrinə tamamilə cavabdeh olacağını bildirib.

“Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyət bu cür müharibə istəyən təxribatlar qarşısında susa bilməz. Hərəkətsizlik yalnız region üçün deyil, həm də beynəlxalq sülh və təhlükəsizlik üçün fəlakətli nəticələrə səbəb olacaqdır” – iranlı diplomatın bəyanatında qeyd olunub.

Oxşar