İran ABŞ-a müraciət edib, neftin qiymətinin bir barrel üçün 200 dollara çatmasına hazırlaşsın
İran ABŞ-a müraciət edib, neftin qiymətinin bir barrel üçün 200 dollara çatmasına hazırlaşsın

 

“Sky News”un məlumatına əsasən, İranın Birləşmiş Hərbi Komandanlığı bəyan edib ki, münaqişə davam edərkən ABŞ neftin qiymətinin bir barrel üçün 200 dollara çatmasına hazırlaşmalıdır və əlavə edib ki, qiymətləri “süni tədbirlər” vasitəsilə idarə edə bilməz.

İran komandanlığı bəyan edib ki, İranın “qarşılıqlı zərbələr” siyasəti başa çatıb və indi “fasiləsiz zərbələr” həyata keçirəcək.

Müharibə neft qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub və martın 9-da bir barrel üçün 120 dollara yaxınlaşıb, günün sonunda isə azalıb. Hazırda bir barrel üçün qiymət təxminən 91 dollar təşkil edir.

Brent markalı neftin bir barrelinin rekord qiyməti 147.50 dollardır və bu qiymət 2008-ci ilin iyul ayında, maliyyə böhranının pik mərhələsindən əvvəl qeydə alınmışdı.