İrakli Zarkua - Cəmiyyətin öz ölkəsinə qarşı əməlləri maliyyələşdirən bütün vətənsizləri tanıması üçün gürcü qanunvericiliyinə ciddi və güclü Amerika qanunu daxil edirik
Parlamentin Diaspor Məsələləri Komitəsinin sədri İrakli Zarkuanın bəyanatına əsasən, “FARA” qanunu, cəmiyyətin öz ölkəsinə qarşı əməlləri maliyyələşdirən bütün vətənsizlər haqda məlumatının olması üçün gürcü qanunvericiliyinə daxil edilir.
İrakli Zarkua Nika Qilaurinin şirkətinin ABŞ-da 600 000 dollara lobbi şirkətini kirayəyə götürdüyünə dair “FARA”da sənədin dərc edilməsinə münasibət bildirib.
“FARA” tərəfindən məlum oldu ki, sən demə Nika Qilauri lobbi şirkətlərini kirayəyə götürüb və 600 000 dollar ödəyəsidir. Biz bunu onsuz da bilirdik, lakin buna görə “FARA”nı Gürcüstana daxil etmək istəyirik. Biz gürcü qanunvericiliyinə ciddi və güclü Amerika qanunu daxil edirik. Bu, cəmiyyətin öz ölkəsinə qarşı əməlləri maliyyələşdirən bütün vətənsizləri tanıması üçün baş verir” – İrakli Zarkua deyir.