İrakli Zarkua – “İttifaq” uduzanların, uğursuzların birliyi idi, öz ailələrində onlara hörmət etmirlər və kimi aldadırlar, başlanğıcdan məğlubiyyətə məhkum idi

18:41, 21.08.2026

 

Dırnaqarası ittifaqlar və platformalar axmaqlıqdır, bir-birlərini aldadırlar. Geridə qalan tərəfdarlarını və davamçılarını sanki nəsə təmsil edirlərmiş kimi aldadırlar. Öz ailələrində onlara hörmət etmirlər, dəstəkləmirlər və kimi aldadırlar? Hansı “ittifaq”da birləşməlidirlər və bu “ittifaq” nə etməlidir? – bu barədə Gürcüstan Parlamentinin Diaspora Komitəsinin sədri İrakli Zarkua bildirib.

O bildirib ki, “ittifaq” uduzanların birliyi idi.

“Onların tapşırığı ölkənin maraqlarını qorumaq deyil. Havadarlarından birləşmək haqqında sifariş aldılar. Guya vahid cəbhə yaratmalı idilər və inqilabi planları var idi. Alınmadı, suya düşdü və indi dağıldılar. Havadarları da başa düşdü ki, bunların birliyindən heç nə çıxmaz. Cinayətkar sindikat, uduzanların və uğursuzların birliyidir. Bunlara necə mərc qoymaq olar, vay bunların havadarlarının halına ki, diqqəti bunlara yönəldirlər. Bu “ittifaq” başlanğıcdan məğlubiyyətə məhkum idi. Həm “ittifaq”, həm də orada olan dırnaqarası partiyalar da məğlubiyyət formuludur. İndi bir-birlərindən qaçırlar. Müxalifət cinahında baş verən bu bədbəxtlikdən hər birinizin xəbəri var” – İrakli Zarkua bildirib.

Onun sözlərinə əsasən, radikallar və vətənsizlər arasında baş verənlər onların növbəti lüstrasiyasıdır.

“Sən demə, reallığın nə olduğunu çox gözəl bilirmişlər. Sən demə, Qvaramianın “Rustavi 2″ni qarət etdiyini bilirmişlər; Sən demə, “Mtavari”də sıravi operatorların maaşı olmadığı vaxtda Qvaramianın ayda 80 min lari aldığını bilirmişlər. O vaxt niyə dillənmirdilər? O vaxt onlara sərf etmirdi. İndi sərf edir? Qvaramia indi Saakaşvilinin nəyi təmsil etdiyini danışanda və məğlubiyyət formulu olduğunu deyəndə, o vaxt bunu bilmirdi? Bunlar kollektiv “Milli Hərəkat”dır. Bu bədbəxtlikdə, Gürcüstana qarşı mübarizədə hamının əli çirklənib. Heç birində gürcü olduğu və dövlət maraqlarını qorumalı olduğu hissi yoxdur. Onların tapşırığı xarici ölkənin sifarişini yerinə yetirməkdir. İndi radikallar arasında iki nömrəli partiyanın kim olacağı uğrunda mübarizə gedir. Elə bilirlər bunlar nəyinsə dərdinə yanırlar? Ya ölkənin maraqları, ya pensiyonerlər, ya da iqtisadiyyat mövzusu? Heç nə. Bunları maraqlandıran tək şey – Gürcüstanda radikal cəbhədə iki nömrəli statusu kimin tutacağıdır ki, havadarları daha sonra onlara diqqət ayırsınlar və maliyyələşdirsinlər. Bir-birlərinə qarşı etdikləri iyrənclikdir. Növbəti dəfə onların lüstrasiyası baş verir. Cəmiyyət onsuz da kim olduqlarını və nəyi təmsil etdiklərini bilirdi, elə buna görə də neçənci seçkidir ki, onları dəstəkləmirlər. Lakin uduzanların partiyalarının bir-birlərinə etdikləri bu addım “kontrolka” idi” – İrakli Zarkua bildirib.

Oxşar