İrakli Sesiaşvili - Qarabağda inkişaf edən hadisələr narahatçılıq yaradır, tərəfləri atəşi dayandırmağa, sülh dialoquna daha çox vaxtın ayrılmasına çağırırıq
Gürcüstan Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri, İrakli Sesiaşvili Qarabağda inkişaf edən hadisələrə əks səda verdi və qeyd etdi ki, münaqişə bölgənin təhükəsizliyi üçün çox təhlükəlidir.
Elə onun dediyinə görə, Gürcüstan həmişə sülhün, sabitliyin tərəfdarı idi və indi də, beynəlxalq ictimaiyyət ilə birlikdə, tərəfləri atəşi dayandırmağa çağırır.
“Bölgəmizin təhlükəsizliyi və ölkəmizin təhlükəsizliyi üçün münaqişə bölgənin təhükəsizliyi üçün çox təhlükəlidir. Qarabağda inkişaf edən hadisələr bizimvə beynəlxalq ictimaiyyətin narahatlığını yaradır. Sözsüz ki, biz həmişə sülhün, sabitliyin tərəfdarı idik və indi də, beynəlxalq ictimaiyyət ilə birlikdə, tərəfləri atəşi dayandırmağa və sülh dialoquna daha çox vaxtın ayrılmasına çağırırıq. Müvafiq xidmətlərimiz ümumi prosesi müşahidə edəcəklər, hadisələri analizə edəcklər və sülh və təhlükəsizlik üçün bizim də dəstəyimiz lazım gəlsə, sözsüz ki, bunun üçün hazırı olacağıq”, – Sesiaşvili qeyd etdi.
Ermənistan və Azərbaycan sərhədində vəziyyət gərginləşdi. Tərəflər hərbi toqquşmalar və tələfat barəsində məlumat yayırlar. Azərbaycan mediasının məlumatına görə, Ermənistan tərəfindən bu gün səhər geniş miqyaslı hücum həyata keçirildi. Nəticədə həlak olan var. O cümlədən mülki əhali tərəfindən.
Ermənistanda isə, bəyan edirlər ki, Azərbaycan tərəfindən Dağlıq Qarabağ istiqamətinə hücumz başlanıb.Ermənistan Müdafiə Nazirliyində bəyan etdiklərinə görə, erməni hərbçiləri iki Azərbaycan vertalyotunu və pilotsuz uçuş aparatını vurdular. Elə onların məlumatına görə, atəş səsi Stepanakertdə də eşidilir.