İrakli Qaribaşvili - Yunanıstanın Baş naziri ilə Gürcüstan -Yunanıstan əməkdaşlığı ilə bağlı səmərəli söhbətim oldu

Yunanıstanın Baş naziri ilə Gürcüstan -Yunanıstan əməkdaşlığı haqqında səmərəli söhbətim oldu, – bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Twitter” sosial şəbəkəsində yazdı.

“Yunanıstanın Baş naziri ilə Gürcüstan-Yunanıstan əməkdaşlığı haqqında səmərəli söhbətim oldu. Yunanıstanın Avropa və Avroatlantik inteqrasiyamıza verdiyi dəstəyi yüksək qiymətləndirirəm. Müxtəlif sektorlarda, xüsusən ticarət, iqtisadiyyat və turizm sahələrində əlaqələri genişləndirmək üçün hələ də böyük potensialımız var”, deyə İrakli Qaribaşvili yazır: .

Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində Gürcüstan Hökumətinin başçısı İrakli Qaribaşvili və Yunanıstanın Baş naziri Kyriakos Mitsotakisin görüşü keçirilib.