İrakli Qaribaşvili - İlham Əliyevlə görüşdə Gürcüstan ilə Azərbaycan arasındakı münasibətləri və regional transformasiyanın əhəmiyyətini müzakirə etdik.
İrakli Qaribaşvili - İlham Əliyevlə görüşdə Gürcüstan ilə Azərbaycan arasındakı münasibətləri və regional transformasiyanın əhəmiyyətini müzakirə etdik.

İlham Əliyevlə görüşdə Gürcüstan ilə Azərbaycan arasındakı münasibətləri və regional transformasiyanın əhəmiyyətini müzakirə etdik, – deyə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Twitter” sosial şəbəkəsində yazdı.

Hökumət başçısının sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti ilə əməkdaşlığın inkişafı üçün yeni imkanlar nəzərdən keçirilib.

“Prezident Əliyevlə çox gözəl görüşüm oldu. Gürcüstanla Azərbaycan arasındakı münasibətləri və regional transformasiyanın əhəmiyyətini müzakirə etdik. Söhbət əsnasında qarşılıqlı əhəmiyyət kəsb edən və strateji tərəfdaşlıq məsələlərinə toxunduq. “Biz əməkdaşlığı inkişaf etdirmək üçün yeni imkanları nəzərdən keçirdik”, – deyə İrakli Qaribaşvili yazır.