İrakli Qaribaşvili Gürcüstanın birliyi uğrunda mübarizədə şəhid olan qəhrəmanların memorialına əklil qoydu

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Hökumət üzvləri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qriqol Liluaşvili və Abxaziya Muxtar Respublikası Hökumətinin sədri Ruslan Abaşidze ilə birlikdə birlik uğrunda mübarizədə şəhid olan qəhrəmanlar abidəsini ziyarət ediblər.

Hökumət başçısı abidənin önünə əklil qoyub və şəhidlərin xatirəsini ehtiramla yad edib.