İrakli Qaribaşvili – Gürcüstan xalqı adından yəhudi xalqını Yeni il, Roş Haşana münasibətilə təbrik edirəm

12:28, 06.09.2021

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yəhudi xalqını Roş Haşana, Yeni il münasibətilə təbrik edir.

Hökumət başçısının sözlərinə görə, gürcülərlə yəhudilər arasında çoxəsrlik münasibətlər, qardaşlıq və sevgi daha da güclənir və həmişə belə olacaq.

“Yəhudi xalqını Yeni il, Roş Haşana münasibətilə təbrik etmək istəyirəm! Yəhudi xalqına cansağlığı və firavanlıq, ölkəmizin sadiq dostu olan və hər zaman bizə dəstək olacaq İsrail dövlətinə sülh və firavanlıq diləmək istəyirəm.

Millətlərimiz arasında çoxəsrlik əlaqələr, qardaşlıq və sevgi getdikcə daha da möhkəmlənir və əminəm ki, həmişə belə olacaq. Gürcüstan xalqı adından bir daha bu bayram münasibətilə təbrik edirəm”, – deyə İrakli Qaribaşvili “Facebook” da yazıb

Oxşar