İrakli Qaribaşvili – ABŞ ilə ali və yüksək səviyyəli siyasi dialoq və koordinasiya gücləndiriləcək və qorunub saxlanılacaq
Amerika Birləşmiş Ştatları ilə mövcud ali və yüksək səviyyəli siyasi dialoq və koordinasiya gücləndiriləcək və qorunub saxlanılacaq, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili hökumətin fəaliyyəti haqqında 2021-ci il hesabatını təqdim edərkən bəyan etdi.
Hökumət başçısının qeyd etdiyi kimi, əsas istiqamətlərdən biri Gürcüstan-Azərbaycan, Gürcüstan-Ermənistan, Gürcüstan-Türkiyə arasında siyasi və iqtisadi əlaqələrin gücləndirilməsi, mövcud potensialın maksimum dərəcədə artırılması və bölgədə infrastruktur layihələrinin inkişaf etdirilməsi olacaq.
“Xarici əlaqələrin istiqaməti barəsində ətraflı danışdım. Bizim çox uğurlu xarici siyasətimiz, o cümlədən bölgəyə bir sıra uğurlu, səmərəli səfərlərimiz olub. Bu istiqamətdə əməkdaşlığımızı davam etdirəcəyik və bölgəyə səfərlərimiz daha da fəal olacaq. Demək istəyirəm ki, Şərq Partnyorluğu sammitinin nəticələrinin həyata keçirilməsi üzərində işləmək əsas vəzifələrdən biri olacaqdır. Onu da deyim ki, 2022-ci ildə Gürcüstan məsələsinin NATO-nun Sammitində düzgün əks etdirilməsi bizim əsas qayğılarımızdan biri olacaq; Qara Dəniz bölgəsində Aliyansında daha artıq fəal qoşulmasınına imkanların yaradılması. Sözsüz ki, biz strateji xartiyanın əhatə etdiyi bütün sahələrdə ABŞ ilə tərəfdaşlığımızı gücləndirməyə davam edəcəyik, Amerika Birləşmiş Ştatları ilə mövcud ali və yüksək səviyyəli siyasi dialoq və koordinasiya gücləndiriləcək və qorunub saxlanılacaq. Həmçinin, qey qtmək istəyirəm ki, əsas istiqamətlərdən biri Gürcüstan-Azərbaycan, Gürcüstan-Ermənistan, Gürcüstan-Türkiyə arasında siyasi və iqtisadi əlaqələrin gücləndirilməsi, mövcud potensialın maksimum dərəcədə artırılması və bölgədə infrastruktur layihələrinin inkişaf etdirilməsi olacaq”,- baş nazir qeyd etdi.