İrakli Pavlenişvili - Murtaz Zodelava və İrakli Nadiradzeni Rustaveli prospektində saxlayacaqlarını düşünməməklə səhvə yol verdim
Murtaz Zodelava və İrakli Nadiradzeni heç kim qurban verməyib. Belə olmayıb, onlarda bizdə olmayan məlumat var idi – bu barədə “Milli Hərəkat”ın üzvü İrakli Pavlenişvili deyib.
Pavlenişviliyə sual veriblər, niyə “Milli Hərəkat”ın üzvləri onlar həbs olunarkən Murtaz Zodelava və İrakli Nadiradzenin yanında olmayıblar.
“Atonelinin yanında idim, dəqiq o yerdə deyildim. Siz məsələni elə qoyursunuz ki, sanki bu insanları kimsə qurban verib. Belə olmayıb. Onlarda bizdə olmayan məlumat var idi. Biz danışırdıq ki, iki əsas prinsip var idi, təşkilatçılar bu haqda danışırdılar. Məsuliyyətdən qaçmaq deyil. Hər kəs təşkilatçının, təşkilatçıların kim olduğunu yaxşı bilir. Bu haqda özləri də və biz də danışırdıq. O cümlədən, məhz həmin konkret anda onların saxlanılacağını düşünməməklə səhvə yol verdim və aksiyada baş verəcəyini zənn etmirdim” – Pavlenişvili bildirib.