İrakli Pavlenişvili – Dəfələrlə demişəm ki, həbsxanada haqsız yerə yatan o qəhrəman vətəndaşların mənəvi hakimi ola bilmərəm, onların azadlığa çıxmasına şadam

20:16, 28.08.2026

 

Davranışın mənəviyyatı barədə hər hansı müzakirə aparmaq niyyətində deyiləm, bu insanlar haqsız yerə həbsdə idilər – bu barədə “Vahid Milli Hərəkat”ın müvəqqəti idarə şurasının sədri İrakli Pavlenişvili bildirib.

“Mən və partiyanın digər üzvləri də dəfələrlə demişik ki, illərlə həbsxanada olan o qəhrəman vətəndaşların və vətənpərvərlərin mənəvi hakimləri ola bilmərik. Sizə deyə biləcəyim yeganə şey odur ki, onların azadlığa çıxmasına şadam. Tamamilə haqsız yerə saxlanıldıqları həbsxananı tərk etdiklərinə şadam, istənilən halda bunun baş verməsi çox yaxşıdır” – Pavlenişvili bildirib.

Jurnalistin “Məhbusların əfv müraciəti etməsi cinayətin etirafı demək idimi?” sualına cavab olaraq Pavlenişvili qeyd edib ki, bu sual birbaşa azadlığa çıxanlara verilməlidir.

“Bir daha təkrar edirəm, bu insanların mülki mövqeyi hər kəsə bəlli idi. Hamıya məlumdur ki, onlar haqsız yerə həbsdə idilər. Qalanını birbaşa onların özlərindən soruşmalısınız. Mən sizə deyirəm ki, onların azadlıqda olmasına həqiqətən şadam və onların davranışının mənəviyyatı barədə hər hansı müzakirə aparmaq niyyətində deyiləm, çünki onlar həqiqətən nümunəvi şəxsiyyətlərdir” – Pavlenişvili bildirib.

Məlumat üçün bildirək ki, prezident tərəfindən Mariamoba bayramı ilə əlaqədar əfv edilən məhbuslar arasında müxtəlif vaxtlarda etiraz aksiyalarında həbs olunmuş şəxslər də var. Mixeil Ğavelaşvili ümumilikdə 226 nəfəri əfv edib. Prezident Administrasiyasının məlumatına əsasən, əfv azadlıqdan məhrum etmə cəzasına məhkum edilən 217 şəxsə və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən 6 şəxsə şamil olunub, 3 şəxsin isə məhkumluğu götürülüb.

Oxşar