İrakli Okruaşvili barəsində qətimkan tədbiri kimi 20 000 lari məbləğində girov təyin edilib və onun ölkədən çıxışı qadağan edilib
Tbilisi Şəhər Məhkəməsi müvəqqəti istintaq komissiyasının iclasına gəlmədiyi üçün Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili barəsində qətimkan tədbiri kimi 20 000 lari məbləğində girov təyin edib.
Bununla yanaşı, iş üzrə istintaq bitənə qədər Okruaşviliyə Gürcüstan sərhədini keçməsi qadağan edilib.
Məlumat üçün bildirək ki, prokurorluqda istintaq 349-cu maddə ilə aparılır, bu isə istintaq komissiyasının qanuni tələbinə itaətsizliyi nəzərdə tutur. Prokurorluq parlamentin istintaq komissiyasının sədri Tea Tsulukianinin müraciəti əsasında Okruaşviliyə qarşı istintaqa başlayıb. Okruaşvili istintaq komissiyasının iclasına gəlməkdən imtina edib.