İrakli Nadareişvili Qazaxıstanın süni intellekt və rəqəmsal inkişaf nazirinin müavini ilə görüşüb
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İrakli Nadareişvili və İnnovasiyalar və Texnologiyalar Agentliyinin sədri Avtandil Kasradze Qazaxıstan Respublikasının süni intellekt və rəqəmsal inkişaf nazirinin birinci müavini Rostislav Koniaşkin ilə görüşüblər.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatında, tərəflərin süni intellektin tətbiqi prosesində aktiv dövlət siyasətinin əhəmiyyətinə diqqət yönəltdikləri deyilir.
“İnnovativ və rəqəmsal sahədə ikitərəfli əməkdaşlığın perspektivlərinə toxunulub. Görüşdə regional əməkdaşlığın zəruriliyi və ortaq platformalarda mövqe tutmağın əhəmiyyəti vurğulanıb, bu da təcrübə mübadiləsinə və texnoloji ekosistemlərin inkişafına töhfə verəcək.
Tərəflər, həmçinin hər iki ölkənin texnologiya sektorunu dəstəkləməyə və əlaqələri gücləndirməyə yönəlmiş konkret birgə layihələrin həyata keçirilməsi imkanlarını da müzakirə ediblər” – İqtisadiyyat Nazirliyinin məlumatında qeyd olunub.