İrakli Nadareişvili - Kutaisi-Venesiya marşrutu üzrə uçuşların başlaması turizmin dəstəklənməsi, eləcə də İtaliya ilə iqtisadi əlaqələrin dərinləşdirilməsi baxımından irəliyə doğru atılan addımdır
Kutaisi-Venesiya marşrutu üzrə uçuşların başlaması turizmin dəstəklənməsi, eləcə də İtaliya ilə iqtisadi əlaqələrin dərinləşdirilməsi baxımından irəliyə doğru atılan addımdır – bu barədə iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini İrakli Nadareişvili bildirib.
Onun sözlərinə əsasən, birbaşa əlaqə hökumətin aviasiya, eləcə də turizmin inkişafı siyasətinin ən mühüm və prioritet istiqamətlərindən biridir.
“Burada söhbət uçuş sahəsinin artırılması, müxtəlif şəhərlərlə birbaşa əlaqə, tezliklər ilə bağlı Gürcüstan bazarında artıq fəaliyyət göstərən şirkətlərlə aparılan danışıqlardan, eləcə də yeni şirkətlərin ölkəyə daxil edilməsindən gedir. Bu mərhələdə Gürcüstanda 2012-ci ildən fəaliyyət göstərən və aviasiya bazarımızda aparıcı aviaşirkət olan “Wizz Air” şirkəti ilə danışıqları uğurla yekunlaşdırmışıq” – Nadareişvili bildirib.