İrakli Mezurnişvili Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının vitse-prezidenti seçilib
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (PABSEC) 67-ci plenar iclasında Gürcüstan Parlamentinin daimi nümayəndə heyətinin rəhbəri İrakli Mezurnişvili Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iki il müddətinə vitse-prezidenti seçilib.
İrakli Mezurnişvilinin dediyi kimi, sözügedən qərar Gürcüstan Parlamentinin aktiv fəaliyyətinin və beynəlxalq etimadının tanınmasının göstəricisidir.
“Mənim PABSEC-in vitse-prezidenti vəzifəsinə seçilməyim Gürcüstana assambleyanın fəaliyyətinin planlaşdırılması və strateji qərarların qəbulu prosesində daha fəal iştirak etmək imkanı verir. Mən artıq təşkilatın vitse-prezidenti kimi regional əməkdaşlığın gücləndirilməsinə, beynəlxalq parlament forumlarında ölkəmizin maraqlarının qorunmasına və onun dəstəklənməsinə töhfə verməyə hazıram” – İrakli Mezurnişvili bildirib.