İrakli Mezurnişvili NDI-ın Gürcüstan Ofisinin rəhbəri, Lora Torntondan nümayişkaranə üzr istəməsini tələb edir
Parlament çoxluğunun üzvü, İrakli Mezurnişvili Milli-Demokratik İnstitutunun (NDI) Gürcüstan Ofisinin rəhbəri, Lora Torntonun şərhinə əks səda verir. Lora Tornton bəyan etdi ki, ABŞ prezidenti Grücüstanı hətta xəritədə tapa bilməz.
İrakli Mezurnişvili NDI-ın rəhbərindən bu bəyanatına görə nümayişkaranə üzr istəməsini tələb edir.
Bu mövzu barədə deputat bu gün brifinq təşkil etdi.
Mezurnişvilinin brifinqdə qeyd etdiyinə görə, təəssüflər olsun ki, bilərəkdən və bilməyərək, bu ironiyalı şərh, elə bi düşüncənin tədbiq olunmasına imkan yaradır ki, Gürcüstan qərd üçün o qədər kiçik və əhəmiyyətsizdir ki, onun xəritədə belə axtaraıması mümkün deyil.
İrakli Mezurnişvilinin bəyanatına görə, bu cür məsiliyyətisiz bəyanat, Gürcüstan üçün, eləcədə ABŞ üçün, özəlliklə də NDI kimi nüfuzlu təşkilatının rəhbəri tərəfindən, xüsusilə təhqiredicidir.
Onun dediyinə görə, ABŞ və Gürcüstan arasında partnyprluğun miqyaslarının atdığı, gürcü və amerikalı əsgərlərinin sülh və təhlükəsizliyi qoruduqları, ABŞ-ın siyasi liderşipi tərəfindən Gürcüstan üçün həyatı əhamiyyəti olan qərarların qəbulu zamanı, bu cür bəyanatların edilməsi qəbuledilməzdir.