İrakli Lekvinadze - Məqsədi məlumatlılığın artırılması, müxtəlif beynəlxalq formatlarda iştirak və təcrübə mübadiləsi olan tədris mərkəzi yaratmışıq
Əsas məqsədi komanda üzvlərimiz arasında bilik və təcrübə mübadiləsi, eləcə də rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi hissəsində məlumatlılığın artırılması baxımından müxtəlif beynəlxalq formatlarda iştirak olan tədris mərkəzi yaratmışıq – bu haqda Rəqabət və İstehlakçıların Müdafiəsi Agentliyinin (GCCA) sədri İrakli Lekvinadze deyib.
O bildirib ki, qeyd olunan qərar agentliyin əsas məqsəd və vəzifələrinə uyğundur.
“Bu istiqamətdə Təhsil Nazirliyi ilə birlikdə bu il başladığımız çox yaxşı layihəmiz var. Təxminən 50-dən çox məktəbdə yuxarı sinif şagirdləri ilə artıq görüşlərimiz olub, məlumatlılığın artırılması kampaniyaları aparmışıq. Bu layihə davam edir və ilin sonuna qədər daha 25-dək məktəbi ziyarət edəcəyik. Ümumiyyətlə, bu istiqamətdə çox fəal işləyirik və istehlakçıların hüquqlarının müdafiəsi baxımından müraciətlərin sayının artması da bunun nəticəsidir. Bundan başqa, bizimlə əlaqədə olan biznes sektoru, müxtəlif istehlakçı qrupları kimi müxtəlif seçilmiş, maraqlı qruplarımız var və bu baxımdan daim məlumat mübadiləsinə xidmət edən görüşlərimiz olur” – İrakli Lekvinadze bildirib.