İrakli Kupradze - Seçki manipulyasiyasına, təzyiq və zorakılığa qarşı ən yaxşı özünümüdafiə vasitəsi yüksək fəallıqdır, seçkilərə mümkün qədər çox insan getməlidir
İrakli Kupradze - Seçki manipulyasiyasına, təzyiq və zorakılığa qarşı ən yaxşı özünümüdafiə vasitəsi yüksək fəallıqdır, seçkilərə mümkün qədər çox insan getməlidir

 

Seçki manipulyasiyasına, təzyiq və zorakılığa qarşı ən yaxşı özünümüdafiə vasitəsi yüksək fəallıqdır, seçkilərə mümkün qədər çox insan getməlidir – bu barədə “Lelo – Güclü Gürcüstan” və “Qaxaria Gürcüstan Naminə” partiyasının Tbilisi merliyinə ortaq namizədi İrakli Kupradze yerli seçkilərdə səs verdikdən sonra jurnalistlərə deyib.

Kupradzenin qeyd etdiyi kimi, Tbilisi və Gürcüstanın taleyini seçicilər özləri müəyyən edirlər.

“Əgər keçmişi istəmirsinizsə və paytaxtı korrupsiyadan, ədalətsizlikdən azad etmək istəyirsinizsə, bu şəhər və ölkənin siyasi məhbuslar, korrupsiya, ədalətsizlik, qanunsuzluq və səriştəsizlikdən azad olmasını istəyirsinizsə, mütləq seçki məntəqələrinə getməlisiniz. Getməli və Gürcüstanın gələcəyinə səs verməlisiniz, keçmişə yox, gələcəyə. Sadə düsturdur: paytaxtınız Tbilisi və bütün Gürcüstanın taleyini yalnız siz müəyyən edirsiniz, ümidlə və dinc şəraitdə. Bunun üçün mütləq seçki məntəqələrinə gedib, gələcəkdən danışan siyasi partiyalara və namizədlərə dəstəyinizi ifadə etməlisiniz. Yalnız mübahisə etmirlər, əksinə vətəndaşlara dəstək ola biləcək, ətrafımızda hökm sürən yoxsulluq, ədalətsizlik və korrupsiyanı aradan qaldıra biləcək konkret planlara sahibdirlər” – Kupradze qeyd edib.