İrakli Kupradze - Elene Xoştarianın həbsxanaya salınması "Gürcü Arzusu"nun siyasi təqib və qisas haqda qəbul etdiyi qərarıdır, buna başqa cür qiymət vermək mümkün deyil
Qadın siyasətçini, dörd uşaq anasını siyasi bannerə plomasterlə yazılmış yazıya görə dırnaqarası məhkəmə bir il altı ay müddətinə həbsxanaya salırsa, bu, ədalət deyil – bu haqda “Lelo – Güclü Gürcüstan”ın üzvü İrakli Kupradze bildirib.
Onun sözlərinə əsasən, “Droa”nın lideri Elene Xoştarianın azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi “Gürcü Arzusu” tərəfindən verilmiş qərardır.
“Qadın siyasətçini, dörd uşaq anasını siyasi bannerə plomasterlə yazılmış yazıya görə dırnaqarası məhkəmə bir il altı ay müddətinə həbsxanaya salırsa, bu, ədalət deyil, bu, məhkəmə sistemi deyil, bu, “Gürcü Arzusu”nun siyasi təqib və siyasi qisas haqda qəbul etdiyi qərarıdır. Buna başqa cür qiymət vermək mümkün deyil” – Kupradze bildirib.
Məlumat üçün bildirək ki, Tbilisi Şəhər Məhkəməsi Elene Xoştarianı bir il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.