İrakli Kobaxidze İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirieli ilə görüşüb

19:06, 23.06.2026

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İtaliya Respublikasının xarici işlər nazirinin müavini Edmondo Çirieli ilə görüşüb.

Gürcüstan hökumətinin məlumatına əsasən, görüşdə Gürcüstan və İtaliya arasında ümumi Avropa maraqları və dəyərlərinə əsaslanan mövcud dostluq münasibətləri vurğulanıb.

“Müxtəlif sahələrdə əməkdaşlığın inkişafının müsbət dinamikası qeyd olunub və həm siyasi, həm də ticarət-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün ikitərəfli hazırılıq ifadə edilib.

Gürcüstanın Avropaya inteqrasiyası prosesinə və bu yolda İtaliyanın dəstəyinin vacibliyinə toxunulub. Hökumət başçısı qeyd edib ki, Gürcüstan hakimiyyəti Avropa İttifaqı ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlərin bərpasına və dialoqa hazırdır” — Gürcüstan hökumətinin məlumatında deyilir.

Görüşdə Gürcüstanın vitse-baş naziri, xarici işlər naziri Maka Bocorişvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani iştirak edirdilər.

Oxşar