İrakli Kobaxidze – Gürcüstanda bürokratiya müvafiq şəkildə işləyir, nə biznes, nə də vətəndaşlar üçün artıq maneələr yaratmır, bu baxımdan Gürcüstan dünyada ən qabaqcıl ölkələrdən biridir
Gürcüstanda bürokratiya müvafiq şəkildə işləyir, nə biznes, nə də vətəndaşlar üçün artıq maneələr yaratmır – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Chandler” İnstitutunun reytinqi barədə deyib. Bu reytinqdə Gürcüstan bürokratiyanın keyfiyyətinə görə dünyada 25-ci, Avropanın ən yaxşı iyirmiliyində isə 17-ci mövqedə qərarlaşıb.
Hökumət başçısının sözlərinə əsasən, bu baxımdan Gürcüstan dünyada qabaqcıl ölkələrdən biridir və bu, beynəlxalq reytinqlərdə də öz əksini tapır.
“Bu göstərici bir çox cəhətdən mühümdür, o cümlədən biznesin daha sürətlə qurulması üçün. Gürcüstanda bürokratiya müvafiq şəkildə işləyir, nə biznes, nə də vətəndaşlar üçün artıq maneələr yaratmır. Bu baxımdan Gürcüstan dünyada qabaqcıl ölkələrdən biridir və bu, beynəlxalq reytinqlərdə də öz əksini tapır” – baş nazir bildirib.