İrakli Kobaxidze – Dövlət qulluğunda maaşlar 10% artırdı, 2027-ci ilin büdcəsi üzərində işə hələ başlamamışıq, lakin düşünürəm ki, dövlət qulluqçularının ölkənin iqtisadi artımından faydalanması mühüm əhəmiyyət kəsb edir
Dövlət qulluqçularının, ilk növbədə elə onların öz səyləri sayəsində ölkənin əldə etdiyi iqtisadi artımdan birbaşa faydalanması mühüm əhəmiyyət kəsb edir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin parlamentdə deyib.
Kobaxidzenin sözlərinə əsasən, o, hökumətin ötən illər ərzində hərəkət etdiyi yanaşmanın davam etdirilməsinin tərəfdarıdır.
“Bildiyiniz kimi, ötən illər ərzində dövlət qulluğunda maaşlar hər il 10% artırdı. 2027-ci ilin büdcəsi üzərində işə hələ başlamadığımızı nəzərə alaraq, konkret cavab verməkdə çətinlik çəkirəm, lakin düşünürəm ki, ümumilikdə dövlət qulluqçularının, ilk növbədə elə onların öz səyləri sayəsində ölkənin əldə etdiyi iqtisadi artımdan birbaşa faydalanması mühüm əhəmiyyət kəsb edir. Bizim iqtisadi artımımız və ümumilikdə ölkənin inkişafı, digər vətəndaşlarla yanaşı, böyük ölçüdə məhz dövlət qulluqçularının çiyinlərində dayanır. Buna görə də, prinsipial olaraq vacibdir ki, iqtisadi artımdan ilk növbədə məhz dövlət qulluqçuları faydalansınlar. Mən ötən illər ərzində hərəkət etdiyimiz yanaşmanın davam etdirilməsinin tərəfdarı olardım, qalanını gələn ilin büdcəsini tərtib edəcəyik və konkret rəqəmləri orda görəcəyik” – baş nazir bildirib.