İrakli Kobaxidze Bolqarıstanın səfiri Veselin Valkanovla görüşüb

17:41, 23.06.2026

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanda diplomatik missiyanı başa vuran Bolqarıstan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Veselin Valkanovla görüşüb.

Söhbət zamanı iki ölkə arasındakı mövcud dostluq münasibətlərinə və ikitərəfli əlaqələrin, o cümlədən iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində əldə olunmuş tərəqqiyə diqqət yetirilib.

Vida görüşündə hökumət başçısı diplomata Gürcüstan və Bolqarıstan arasında ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib və ona uğurlar arzulayıb.

Məlumatı Gürcüstan Hökumətinin Administrasiyası yayır.

Oxşar