İrakli Kobaxidze – Bizim əsas vəzifəmiz 2028-ci ilə qədər kollektiv “Milli Hərəkat”ın tamamilə zərərsizləşdirilməsidir, özləri bu vəzifəyə nail olmaqda bizə çox kömək edirlər, hər birinə təşəkkür edirəm

18:08, 23.06.2026

 

Bizim əsas vəzifəmiz 2028-ci ilə qədər kollektiv “Milli Hərəkat”ın tamamilə zərərsizləşdirilməsidir və özləri bu vəzifəyə nail olmaqda bizə çox kömək edirlər. Buna görə onların hər birinə təşəkkür edirəm – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

Kobaxidzenin sözlərinə əsasən, radikal müxalifət dövlət əleyhinə qruplaşmanı, xarici agenturanı təmsil edir və bu siyasi qüvvənin nizamı nə qədər çox pozularsa, gürcü demokratiyası üçün bir o qədər yaxşı olar.

“Ən maraqlısı odur ki, bu insanlar bir-birlərini istəmirlər və cəmiyyətin onları istəməsini istəyirlər. Bu, qeyri-mümkündür. Özünüz bir-birinizi istəməzsəniz, cəmiyyət sizi istiyə bilməz. Bu, 2024, 2025, 2020 və 2021-ci ilin seçkilərində əks olunan çox sadə reallıqdır. Onlar bu reallıqdan çıxa bilmədilər, bu isə son nəticədə çox yaxşıdır. Bu, radikal müxalifətdir, dövlət əleyhinə qruplaşmadır, xarici agenturadır. Müvafiq olaraq, bu siyasi qüvvənin nizamı nə qədər çox pozularsa, gürcü demokratiyası və siyasi sistemimiz üçün bir o qədər yaxşı olar. Bizim əsas vəzifəmiz 2028-ci ilə qədər kollektiv “Milli Hərəkat”ın tamamilə zərərsizləşdirilməsidir. Özləri bu vəzifəyə nail olmaqda bizə çox kömək edirlər. Buna görə onların hər birinə təşəkkür edirəm” — baş nazir bildirib.

Oxşar