Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Türkmənistana rəsmi səfəri başlayıb.
Gürcüstan hökumətinin məlumatına əsasən, Aşqabad Beynəlxalq Hava Limanında Gürcüstanın Baş nazirinin qarşılanma mərasimi keçirilib. Hökumət başçısını Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nokerquli Ataquliyev qarşılayıb.
Gürcüstan hökumətinin məlumatına əsasən, rəsmi səfər çərçivəsində Türkmənistan Prezidenti Serdar Berdimuhamedov təkbətək görüşdə martın 7-də İrakli Kobaxidzeni qəbul edəcək. Onların məlumatına əsasən, Gürcüstanın birinci vitse-baş naziri və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavininin rəhbərliyi ilə Gürcüstan və Türkmənistan hökumətlərinin üzvləri arasında geniş tərkibdə danışıqlar aparılacaq, bundan sonra sektor qurumları arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında sazişlər imzalanacaq.
“Baş nazir İrakli Kobaxidze Türkmənistana birinci vitse-baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Bocorişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili, idman naziri Şalva Qoqoladze və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolianidən ibarət nümayəndə heyəti ilə birlikdə səfər edib” – Gürcüstan hökumətinin məlumatında qeyd olunub.