İrakli Kobaxidzenin rəhbərlik etdiyi idarələrarası komissiya Tbilisidə yeni stadionun tikintisinə dəstək göstərəcək
İrakli Kobaxidzenin rəhbərlik etdiyi idarələrarası komissiya Tbilisidə yeni stadionun tikintisinə dəstək göstərəcək

Tbilisidə 70 min azarkeş üçün nəzərdə tutulmuş yeni, müasir stadionun tikintisi ilə əlaqədar baş nazir İrakli Kobaxidzenin rəhbərlik edəcəyi idarələrarası komissiya yaradılıb. Bu barədə Gürcüstanın baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Onların hesabatlarına görə, idarələrarası komissiyanın ilk iclasında stadionun tikintisi üçün potensial yerlər, tikinti ilə bağlı infrastruktur, nəqliyyat və logistika məsələləri müzakirə olunub. Komissiya üzvləri müxtəlif idman növləri üzrə turnirlərin keçirilməsi üçün stadionun uyğunlaşdırılması imkanlarından danışıblar.

“Görüşdə beynəlxalq, yüksək səviyyəli oyunların keçirilməsi üçün yeni stadionun hansı konkret tələblərə cavab verməli olduğunu ətraflı müzakirə etdilər. Hökumət başçısı bu məsələ ilə bağlı futbol və reqbi federasiyalarının prezidentlərinin məlumatını dinləyib.

Sessiyada UEFA nümayəndələrinin də prosesə cəlb edilməsi təşəbbüsü müzakirə olunub. Baş nazir qeyd edib ki, ölkədə idmanın bir çox növləri üzrə son vaxtlar əldə olunan nailiyyətlər fonunda belə irimiqyaslı layihənin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Yeni stadion ölkəyə 2028-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etmək üçün müraciət etmək və digər yüksək səviyyəli turnirlərə ev sahibliyi etmək imkanı verəcək”, – məlumatda deyilir.