İrakli Kobaxidzenin Ermənistana səfəri başladı
İrakli Kobaxidzenin Ermənistana səfəri başladı

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Ermənistan Respublikasına səfəri başladı.

Gürcüstan hökumətinin məlumatına əsasən, Ermənistan Respublikasının vitse-baş naziri Tiqran Xaçatryan Gürcüstan hökumətinin başçısını Yerevanın Zvartnots Beynəlxalq Hava Limanında qarşılayıb.

Onların məlumatına əsasən, səfər çərçivəsində İrakli Kobaxidze Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla təkbətək görüşəcək. İki ölkənin baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Ermənistan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Komissiyanın iclasından sonra İrakli Kobaxidze və Nikol Paşinyan media üçün birgə bəyanatlarla çıxış edəcəklər.

Gürcüstanın Baş naziri Yerevana nümayəndə heyəti ilə birlikdə səfər edib. Nümayəndə heyətinin tərkibindədir : birinci vitse-baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Bocorişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili, işğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarcveladze və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani.