İrakli Kobaxidze – Zorakılıq halında sərt cavab alacaqlar, zorakılıq cavabsız qalmayacaq
Zorakılıq halında qanunla nəzərdə tutulmuş sərt cavab alacaqlar – proporsional, amma qanunun əsasında sərt cavab, – bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Baş nazirin sözlərinə görə, zorakılıq cavabsız qalmayacaq.
“İki nəzəri ssenari var, proqnozlaşdırmayaq: biri odur ki, toplantı sülh yolu ilə keçirilir, bu halda sadəcə toplanırlar və dağılışırlar; ikinci nəzəri ssenari isə odur ki, onlar zorakılığa əl atırlar, konkret inzibati binaya hücum etməyə çalışırlar, polisə qarşı zorakılıq tətbiq edirlər və s. Belə halda onlar qanunla nəzərdə tutulmuş sərt cavab alacaqlar – proporsional, amma sərt cavab qanunun əsasında. Əlbəttə, zorakılıq cavabsız qalmayacaq,” – deyə Kobaxidze vurğulayıb.