İrakli Kobaxidze - Zorakılıq edənin kim olmasının fərqi yoxdur, istər sıravi vətəndaş olsun, istərsə də hüquq-mühafizə orqanının nümayəndəsi, qanun hamıya qarşı icra olunmalıdır
İrakli Kobaxidze - Zorakılıq edənin kim olmasının fərqi yoxdur, istər sıravi vətəndaş olsun, istərsə də hüquq-mühafizə orqanının nümayəndəsi, qanun hamıya qarşı icra olunmalıdır

 

Zorakılıq edənin kim olmasının fərqi yoxdur, istər sıravi vətəndaş olsun, istərsə də hüquq-mühafizə orqanının nümayəndəsi, qanun hamıya qarşı icra olunmalıdır – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

Baş nazir xidməti səlahiyyətlərini zorakılıq tətbiq etməklə aşma faktı üzrə altı nəfərin saxlanılması məsələsi ilə bağlı sualı cavablandırıb.

“Bu cür zorakılığın, hətta potensial olaraq belə, sistemli xarakter almaması üçün cəmiyyətin bu gün şahidi olduğu reaksiya zəruri idi. Məhz vaxtilə dövlətin bu tip qanun pozuntularına reaksiya verməməsi səbəbindən biz əvvəlki hakimiyyətin dövründə özbaşınalığın artdığını görürdük. Hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən zorakılığın sistemli xarakter almaması üçün belə ani reaksiya mütləqdir. Zorakılıq edənin kim olmasının fərqi yoxdur, istər sıravi vətəndaş olsun, istərsə də hüquq-mühafizə orqanının nümayəndəsi, qanun hamıya qarşı icra olunmalıdır” – baş nazir bildirib