İrakli Kobaxidze - Zarkuaya hücuma görə o cümlədən avropalı bürokratiyanın nümayəndələrinin üzərinə də məsuliyyət düşür, zorakılıq onların hərəkətləri ilə təşviq olunub
İrakli Kobaxidze - Zarkuaya hücuma görə o cümlədən avropalı bürokratiyanın nümayəndələrinin üzərinə də məsuliyyət düşür, zorakılıq onların hərəkətləri ilə təşviq olunub

 

Zarkuaya hücuma görə o cümlədən eynilə avropalı bürokratiyanın nümayəndələrinin üzərinə də birbaşa məsuliyyət düşür – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

Baş nazirin qiymətləndirməsinə əsasən, konkret siyasətçilərə qarşı baş verən zorakılıq məhz avropalı bürokratların hərəkətləri ilə təşviq olunub.

“Zarkuanın yanına gedən insanlara, bu hücuma gəlincə, bu fakt bir çox şeydən xəbər verir. Birincisi, konkret insanları rüsvay etdilər, birbaşa zorakı təbliğata və zorakı hərəkətlərə cəlb etdikləri liberallarda nə qadın, nə insan, nə də kişi sifəti qalıb. Əlbətdə, bu hücuma görə o cümlədən eynilə avropalı bürokratiyanın nümayəndələrinin üzərinə də birbaşa məsuliyyət düşür. Konkret siyasətçilərə qarşı şahidi olduğumuz zorakılıq məhz onların hərəkətləri ilə təşviq olunub. Bütün bunlar cavabsız qalmayacaq” – Kobaxidze bildirib.