İrakli Kobaxidze – Yüksək səviyyəli paneldə Gürcüstanın BMT Nizamnaməsinə və qaydalara əsaslanan beynəlxalq nizama sadiqliyini bir daha təsdiqlədim
Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində yüksək səviyyəli panel müzakirəsində iştirakına “X” sosial şəbəkəsində münasibət bildirir.
Hökumət başçısı, Gürcüstanın BMT Nizamnaməsinə və qaydalara əsaslanan beynəlxalq nizama sadiq olduğunu deyib.
“Əlimizdə olan gücdən istifadə etməklə sülh vədinin möhkəmləndirilməsi” adlı yüksək səviyyəli paneldə diplomatiyanın, münaqişələrin qarşısının alınmasının və mübahisələrin sülh yolu ilə həllinin vacibliyini vurğulamaq imkanım oldu. Gürcüstanın BMT Nizamnaməsinə və qaydalara əsaslanan beynəlxalq nizama sadiqliyini bir daha təsdiqlədim” – baş nazir qeyd edir.