İrakli Kobaxidze – Yollar yaşayış məntəqələrini bir-birinə daha da yaxınlaşdırır və bütün bunlar hər bir vətəndaşımız üçün daha yaxşı inkişaf şəraiti yaradır

15:02, 18.07.2026

 

İqtisadi əhəmiyyətindən başqa, sürət yollarının mühüm sosial əhəmiyyəti də var. Təbii ki, yollar yaşayış məntəqələrini bir-birinə daha da yaxınlaşdırır və bütün bunlar hər bir vətəndaşımız üçün daha yaxşı inkişaf şəraiti yaradır – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Samtredia-Qriqoleti magistralının 3-cü hissəsinin açılışında çıxışı zamanı deyib.

Hökumət başçısının qeyd etdiyi kimi, iqtisadi tərəfi ilə yanaşı, bu layihələrin xüsusi sosial əhəmiyyəti də var.

“Bu layihə üzərində çalışan hər kəsə – inşaatçılara, mühəndislərə, eləcə də beynəlxalq tərəfdaşlarımıza, xüsusilə də Avropa İnvestisiya Bankına təşəkkür etmək istəyirəm. Əminəm ki, bu yol çox uzun müddət vətəndaşlarımıza və qonaqlarımıza xidmət edəcək. Həmçinin İnfrastruktur Nazirliyinə, şəxsən nazir Revaz Soxadzeyə təkcə bu layihəni uğurla başa çatdırdığına görə deyil, həm də bu bir il ərzində nazirliyin idarəçiliyində qeydə alınmış bütün nöqsanları aradan qaldırdığına görə təşəkkür edirəm. Nazirlikdə həyata keçirilən bu dəyişikliklər və islahatlar gələcəkdə layihələrin keyfiyyəti baxımından qurumun fəaliyyətinin təkmilləşdirilməsini, layihələrin sürətli tempdə və keyfiyyətlə icra olunmasını təmin edəcək. Bütün bunlara görə nazirə xüsusi təşəkkürümü bildirirəm. Sizi bugünkü gün, bu sürət yolunun açılışı münasibətilə təbrik edirəm və uğurlar arzulamaq istəyirəm” – İrakli Kobaxidze bildirib.

Oxşar