İrakli Kobaxidze Yerevanda Nikol Paşinyanla görüşüb
İrakli Kobaxidze Yerevanda Nikol Paşinyanla görüşüb

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Yerevanda Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb. Məlumatı Gürcüstanın Hökumət Administrasiyası yayır.

Ermənistan Respublikasının hökumət evində keçirilən təkbətək görüşdə tərəflər Gürcüstan və Ermənistan arasında səmərəli əməkdaşlıq və çoxillik mehriban qonşuluq münasibətlərindən danışıblar. Strateji tərəfdaşlığın gündəmindəki əsas məsələlərə, o cümlədən ticarət-iqtisadi, nəqliyyat və mədəniyyət sahələrində əməkdaşlığa diqqət yetirilib.

Həmçinin, regionda mövcud çağırışlar və Cənubi Qafqazda sülh və sabitliyin xüsusi əhəmiyyətinə toxunulub. İrakli Kobaxidze qeyd etdi ki, Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başa çatmasını alqışlayır, bu da regionda uzunmüddətli sülh və sabitlik üçün atılmış tarixi bir addımdır.

İki ölkənin baş nazirləri bu gün Gürcüstan-Ermənistan milli futbol yığmalarının matçında iştirak edəcəklər. Millətlər Liqasının pley-off mərhələsinin ilk oyunu Yerevanda, Vazgen Sarkisyan adına stadionda keçiriləcək.